DünyaÜMUMİXƏBƏRLƏR

Zəncanın Zeynəbiyyə Məscidinin sirri

Zəncanın Zeynəbiyyə Məscidi bu şəhərin ən mühüm məzhəbi binalarından sayılır. Hər ilə məhərrəm ayında İmam Hüseyn(ə) aşiqləri ölkənin müxtəlif yerlərindən hətta, ölkə xaricindən bu məscidə müraciət edirlər.

Bu müqəddəs məkanın yaşı 400 ilə yaxındır. Zəncanın qədim məscidlərindən sayılır. Yaşlıların və məscidin ətrafında yaşayan insanların dediklərinə görə, əvvəllər məscidin yerləşdiyi ərazidə böyük bir gül bağı var imiş. Bu gül bağının sahibi çox zamanlar ah və nalə ilə yanaşı olan “Ya Zeynəb! Ya Zeynəb!” sədasını eşidərmiş. Qərara alır ki, bağın bir hissəsini əzadarlıq üçün ayırsın və uzun illər orada əzadarlıqlar təşkil edilir. Bu məkan “Zeynəbiyyə” olaraq adlandırılır.

Hüseyn əzadarları Zəncanın Zeynəbiyyə əzadarlıq mərasimində geniş formada iştirak edir, şiələr və İmam Hüseyn ə-ın yolunu sevənlər bu əzadarlıq mərasimlərində şəhidlər ağasına olan eşq və məhəbbətlərini bəyan edirlər.
Məhərrəmin 8-də Hüseynə olan eşqin paytaxtı olaraq
Zəncan şəhəri özünəməxsus mənəvi bir atmosferə daxil olmuş olur. İmam Hüseyn(ə) aşiqləri bu böyük mərasimdə iştiraka hazırlayırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu