İraq paytaxtının əsasən şiə sakinli məntəqələri daxil olmaqla müxtəlif bölgələrdə bomba quraşdırılmış 10 avtomobilin partlaması 39 nəfərin ölümü ilə nəticələnib.
Polis və tibb mənbələri bildiriblər: İraqın müxtəlif bölgələrində bomba quraşdırılmış 10 avtomobilin partlaması ən azı 39 nəfərin ölməsi və 60-dan çox insanın yaralanması ilə nəticələnib.
İraqda son bir neçə ay ərzində kobudluqlar artmışdır. Yalnız ötən ayda mindən çox insan bu insidentlər zamanı həyatı ilə vidalaşmalı olub. Bu da 2007-ci ildən sonra bu ölkədə ən ağır ay hesab olunur.
Əl-Qaidə qruplaşmasına bağlı yaraqlılar dəfələrlə İraqın sadə vətəndaşları, təhlükəsizlik qüvvələrini mərkəzi hökuməti zəiflətmək və məzhəbi nifrət yaratmaq məqsədilə öz hücumlarına məruz qoyublar.