DünyaXƏBƏRLƏR

Kərzay: Kabil əfqanlara qarşı fitnəni zərərsizləşdirib

Əfqanıstan prezidenti deyib ki, Kabil Talibanın Qətərdə siyasi ofis açmasından qaynaqlanan əfqanlara qarşı xarici fitnəni zərəsizləşdirib.

Hamed Kərzay söyləyib: “Talibanın ofisinin açılmasının əldə olunmuş razılıqlar və verilmiş öhdəliklərlə təzadda olduğuna görə, onunla kəskin tərzdə müxalifət edərək, əfqanlara qarşı fitnəni zərərsizləşdirmişik”.
O, əlavə edib: “Terrorizm məsələsinin birbaşa surətdə diqqət mərkəzində durmasına qədər biz əvvəlki kimi razıyıq ki, Talibanla əlaqələrin yaxşılaşdırılması və ya Talibanla hər cür razılıq üçün bir perspektiv mövcud deyil”.
Əfqanıstan prezidenti həmçinin Amerikanı Talibanın Qətərin paytaxtı- Dohada ofis açmasına icazə verməklə Əfqanıstanda çəkişmə yaratmaqda ittihamlandırıb.
Kərzay söyləyib: Talibanın Dohada ofisinin açılması Əfqanıstanda etnik çaxnaşmalara səbəb olacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu