İngiltərə ordusunun müştərək qərargahının rəisi Suriyada hərbi müdaxilənin mənfi nəticələri və regional bir müharibənin baş verəcəyi barəsində xəbərdarlıq edib.
General David Riçards Suriyada hərbi müdaxilə barəsində xəbərdarlıq edərək etiraf edib: Bəşşar Əsəd hökumətinə istənilən hərbi cavab tam mənasında müharibə ilə nəticələnəcək ki, İngiltərə qüvvələri də bununla üzləşəcəklər.
Bu açıqlama elə bir haldadır ki, İngiltərə baş naziri David Kameron humanist bir “jest”də Hələbdə kimyəvi qazlardan istifadəni “müharibə cinayəti” adlandırıb, onu pisləyib və beynəlxalq ictimaiyyətin Əsəd hökumətinə təzyiqlərini artırmasını istəyib.
İngiltərə rəsmiləri bildiriblər ki, Suriya səmasında uçuş qadağası zolağının bərqərarı seçimi masa üzərindədir. Lakin bu barədə qərar çıxarılmayıb.