Türkiyə baş nazirinin müavini Bəşir Atalay Türkiyə və Suriya sərhədində Reyhanlı şəhərindəki son partlayış hadisəsi ilə bağlı öz yeni açıqlamasında bildirib ki, ilk məqsəd Ankarada partlayış törətmək olub. Lakin bir müddət sonra onların proqramı dəyişib.
Hürriyyət qəzetinə müsahibə verən Bəşir Atalay əlavə edib: Son bomba partlayışı barəsində aparılan təhqiqat göstərir ki, partlayışı törədənlərin əsas məqsədi Ankarada Kocatəpə məscidinin ətrafı olub.
Türkiyə hökuməti tərəfindən Suriya hökumətinə qarşı müharibədə dəstəklənən vəhhabi terrorçuların 14 mayda Türkiyənin Suriya ilə sərhəd Reyhanlı məntəqəsində törətdikləri partlayış nəticəsində 50 nəfər dünyasını dəyişib. Türkiyə hökuməti bu partlayışda Suriyanın əli olduğunu bildirir. Lakin Suriya hökuməti bu ittihamı kəskin tərzdə rədd edib.
Türkiyənin Suriya ilə sərhəd bölgələrinin əksər sakinləri də bildirirlər ki, Suriya hökumətinin müxalifləri və vəhhabilərin bu bölgədəki iştirakı Türkiyənin özü üçün de-stabilliyə səbəb olmuşdur.