İran islam Respublikası xarici işlər naziri Livan ölkəsini müqavimət ölkəsi adlandırıb və onun region ölkələrinə simvol olduğunu deyrək bildirib ki; Livan ilə əlaqə saxlamaq İranın mühüm prioritetlərini təşkild edir.
Məhəmməd Cavad Zərif livana daxil olduqdan dərhəal sonra Beyrut aeroportunda müxbirlərlə müsahibədə İranın Suriya barədə keçirilən Cenevrə 2 iclasına qatılması haqda deyib: İran bu konfransa heç bir ön şərt olmadan dəvət olarsa iştirak edəcək, lakin bu dəvətin edilməsinə çoxda maraqlı deyil.
İran xarici işlər naziri təkidlə bildirib ki, Suriya böhranının yeganə çıxış yolu, siyasi, ifratçılıq, xürafəçilikdən çəkinmək və Suriya xalqının səs qutuları vasitəsi ilə tələbatının qəbul edilməsindən asılıdır.
Zərif İran və Ərəbistan münasibətləri haqda deyib: Qonşu ölkələrlə yaxşı münasibət saxlamaq daima İran İslam Respublikasınn əsas predmetini təşkil edir və Səudiyyə Ərəbistanı ilə də əlaqələr həmin çərçivədə olaraq İran üçün əhəmiyyət daşıyır.
İran xarici işlər naziri təkidlə bilirib ki, Tehran, Əl-Rəyad ilə münasibətlərini bütün səviyyələrdə genişləndirməyə hazırdır.
Zərif özününü Livan səfərinin məqsədi barədə deyib: İran və Livan terrorizm, firqəçilik və xürafəçilik üzrə ortaq problemlərlə qarşı-qarşıyadırlar və bu problemlərlə qarşılaşmaq fikir mübadiləsi və dialoq və ortaq səylərə ehityaclıdır.
İran xarici işlər naziri həmçinin təkid edib ki, Livan ilə münasibətləri genişləndirmək İran xalqı və hökumətinin ən yüksək prioritetlərini təşkil edrək, böyük əhəmiyyət daşıyır.