Parisdə keçirilən “Suriya dostları” konfransı heç bir nəticə əldə etmədən sona çatıb.
Suriya dostları adlanan Fransa, Səudiyyə Ərəbistanı, Amerika, Türkiyə, Qətər, İngiltərə, Almaniya, İtaliya, İordanya, Misir və BBƏ ölkələrinin xarici işlər nazirləri ötən gün (bazar 12 yanvar) bir halda Paris iclasına qatılmışlar ki, Suriyadakı terrorçular haqda ixtilaflar kolminasiya nöqtəsinə çatıb.
Həmin məlumata əsasən, Paris iclası Cenevrə 2 iclasına qatılmaq üçün Suriya müxalifəti arasında ixtilafların ortadan qaldırılması uğrunda keçirilib lakin bu iclas bu sahədə heç bir nəticə əldə edə bilməyib.
Fransa xarici işlər naziri Loran Fabyus bu iclasa ev sahibliyi edərək yaydığı bəyanatda iddia edib ki, Cenevrə 2 konfransı Suriyada qüdrətin köçürülməsi ilə yeni zamanda baş tutacaq.
Iclasın yekun bəyanatında isə Qərb və Ərəb ölkələrinin himayələri altında Suriya torpaqlarında terrorçuluq cinayətlərinə və yaxud bu yardımların dayandırılmasına toxunulmadan, kemiş təkrar mövqelər bir daha səsləndirilib.
Fransa Suriya böhranının ilk günlərindən 7-ci dəfə olaraq “Suriya dostları”na ev sahibliyi edib.