İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər incəsənət sahəsində İslam İnqilabının ədəbiyyatı və ədəbiyyat və incəsənət ofislərinin məsul şəxslərini qəbul ediblər.
Görüşdə müqavimət və İslam İnqilabı ədəbiyyatı sahəsində böyük, ilhamverici və heyrətləndirici hərəkətin yaradılması, eləcə də incəsənət sahəsindəki fəaliyyətlərin iki əsas xüsusiyyəti olan İslam İnqilabının həqiqətləri və məzmunlarının təcridi istiqamətində bəzi İslam İnqilabına düşmən cərəyanlarının məqsədlərinin qarşısının alınmasına toxunan İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Bu irəliyə doğru və təsirli hərəkət ölkəni idxal olunan ədəbiyyatdan ehtiyacsız etdi.
Həzrət Ayəutllahülüzma Xamenei müqəddəs müdafiə, digər müasir müharibələr, eləcə də dünyanın böyük inqilabları ilə İran İslam İnqilabı arasındakı müqayisə barəsində tətbiqi araşdırmaların zəruriliyini vurğulayaraq xatırladıblar: İslam İnqilabı dünyanın digər inqilabları ilə müqayisədə dərin, güclü və daha çox yetərliliyə malikdir. Eyni zamanda lazımi səviyyədə araşdırılmayan digər böyük inqilabların əksinə olaraq, lazımdır ki, tarixi, roman və bənzər kitabların yazılmasında çoxlu işlər görülsün.
