AvropaDünyaXƏBƏRLƏR

İngiltərə dövləti ,ictimai şəbəkələrdən etdiyi casusluğu inkar etmir

İngiltərənin yüksək vəzifəli rəsmilərindən biri ilk dəfə olaraq bu ölkə dövlətinin ictimai şəbəkələrdən casusluq etməsini təsdiq edib.

Qardiyan qəzeti İngiltərənin terrorizmə qarşı mübarizə və təhlükəsizlik ofisinin müdiri Çarlz Fara istinadən yazıb ki dövlətin sosial şəbəkələrə və bu medialarda vətəndaşların funksiyasına nəzarəti tam qanunidir.
İngiltərədə təhlükəsizlik müstəvisində ən yüksək posta malik olan Çarlz Far bu ölkə dövlətinin Google Plas, Facebook, You Tube və Twitter kimi ictimai şəbəkələrdə bu ölkə vətəndaşlarının mesajlarına rəsmən nəzarət etməsini ilk dəfə olaraq təsdiqləyib.
Xaricdən İngiltərəyə göndərilən mesajlara da dövlətin nəzarət etməsini qeyd edən Çarlz Far bunu xarici əlaqələr mövzusu sayıb və deyib: İngiltərə dövlətinin bu addımı qeyri-qanuni deyil və tam qanun çərçivəsindədir.
Çarlz Far 48 səhifədən ibarət bir hesabatda özünün bu iddiasına aydınlıq gətirib və dövlətin bu ictimai şəbəkələrdəki əməllərinin yanlış olmamasını izah edib.
Çərşənbə axşamı günü rəsmən təqdim edilən bu hesabat İngiltərə vətəndaşlarının hüququnu müdafiə mərkəzləri arasında ciddi sensasiya yaradıbdır. Həmçinin İngiltərə hakimiyyətinin funksiyalarının tənqid edilməsinə zəmin yaradıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu