Əfqanıstan vətəndaşları, əcnəbi qüvvələrin ölkədəki iştiraklarının davam etməsini problemlərin artmasında əsas səbəb hesab edirlər.
ABŞ rəsmiləri ikitərəfli təhlükəsizlik üzrə anlaşmanın imzalanması üçün Əfqanıstan rəsmilərini təzyiqə məruz qoyduqları bir halda Əfqanıstan prezidenti Hamid Kərzəy anlaşmanın imzalanması üçün öz şərtlərini irəli sürüb.
Əfqan ekspertləri bu qənaətdədirlər ki, həmin anlaşmanın imzalanması üçün ABŞ-ın rəsmi kabilə qarşı təzyiqlərinin gücləndirilməsi Amerikanın mənafeyinin təmin edilməsi uğrunda baş verir.
Siyasi şərhçi Vəhidullah Mana deyir ki, Əfqanıstanın strategiya vilayətində 9 iri hərbi bazanın bərpa edilməsi, ABŞ hərbçilərinin toxunulmazlıq haqqına malik olmaları və qonşulara yaxından nəzarət etmək kimi məsələlər, ABŞ ilə ikitərəfli anlaşmanın əsas prinsiplərini təşkil edir.
ABŞ və Əfanıstan arasında ikitəfərli anlaşmaya əsasən, 10-12 min ABŞ hərbçisi 2024-cü ilədək Əfanıstanda qalacaqlar. Əfqnlıların bir çoxu isə onların ölkədə iştirak etmələrinin əfqanlıların problemlərinin qat-qat artmasına gətirib çıxara biləcəyini düşünürlər.
Anlaşmanın imzalanması istiqamətində Əfqanıstan hökumətinə təzyiqlərin artmasına rəğmən, ABŞ başçılığı ilə NATO qüvvələrinin Əfanıstanda iştirak etmələri heçdə sülhün bərpa edilməsinə yardım etməyib və bir çox siyasi ekspertlər isə bu qüvvələrin iştiraklarını artıq ölkənin hərc-mərcliyə uğramasına gətirib çıxaracağını düşünürlər. Bundan əlavə xarici qüvvələrin Əfqanıstanda iştirak etmələrinin davamı qeyri-hərbçilərin zərər –ziyana məruz qalması həmçinin narkotik maddələrin istehsal edilməsinin artması ilə əlaqələndirilir.
