AzərbaycanİranXƏBƏRLƏR

S.Novruzovun Həqiqətpura ittihamları Azərbaycan Respublikası siyasətçilərinin qədirbilməzliyini göstərir

Adının açıqlanmamasını istəyən Bakıdakı bir islamçı fəal deyib: Parlamentin deputatı və hakim Yeni Azərbaycan partiyası icraiyyə katibinin müavini Siyavuş Novruzovun Dağlıq Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına köməyində aktiv iştirak edən Ərdəbilin İran İslam Şurası Məclisindəki nümayəndəsi Mənsur Həqiqətpura qarşı səsləndirdiyi ittihamlar sırf Azərbaycan Respublikası siyasətçilərinin qədirbilməzliklərinin göstəricisidir.

 

Zahirdə müxalifət olan Yeni Müsavat qəzeti ilə Siyavuş Novruzovun Mənsur Həqiqətpura qarşı əsassız ittihamlarını irəli sürməsi üçün heyrətləndirici müsahibəsi ardınca, Azərbaycan Respublikasındakı bu islamçı fəal Beynəlxalq Səhər telekanalının sualına cavabda deyib: İranın və Mənsur Həqiqətpur kimi şəxslərin Dağlıq Qarabağ müharibəsində Azərbaycan Respublikasına xidmətləri Azərbaycan Respublikası ictimaiyyətində əsla ciddi şəxslər kimi hesab olunmayan və yalnız hakimiyyətin bədnam sözçüsü sayılan Siyavuş Novruzov kimi şəxslərin sözləri ilə təsirə məruz qalmamalıdır.

Bu islamçı fəal əlavə edib: Siyavuş Novruzov Həqiqətpuru ittiham etməklə o qədər naşı formada və əsəbi şəkildə oldu ki, özü də istəmədən öncələr inkar etdiyi yəni Qarabağın müdafiə olunması üçün Azərbaycan Respublikası hərbçilərinə təlim keçmək istiqamətində iranlıların iştirakı məsələsini etiraf etdi. Lakin bu həqiqətə baxmayaraq,  o çalışdı ki, iranlıların iştirakını başqa formada cilvələndirsin və yenə də həqiqətləri təhrif etsin. Çünki bunlar Qarabağ müharibəsi ilə əlaqədar həqiqətlərin irəli sürülməsindən təlaşa düşürlər. Həqiqətlərin irəli sürülməsi ilə özlərini Azərbaycan xalqının xilaskarı adlandıran çoxlu şəxsin xəyanətinin üstü açılacaqdır.

 

Mənsur Həqiqətpur da Qarabağ müharibəsi ilə əlaqədar həqiqətlərin bəyan olunması sahəsində həssas işə başlayıb. Həqiqətpur Qarabağ müharibəsi ilə bağlı həqiqətləri AzTV-də bəyan etmək üçün hazır olduğunu bildirməklə əslində Azərbaycan Respublikasında xain siyasətçilərin sakit gölünə daş atdı və hazırda onlar Həqiqətpura qarşı ittiham səsləndirməklə və ona qarşı söyüşləri dilə gətirməklə həqiqətlərin ifşası prosesinin qarşısını almağa çalışırlar.

Qeyd etmək lazımdır ki, Siyavuş Novruzov Yeni Müsavat qəzeti ilə müsahibədə iddia edib ki, Həqiqətpur Qarabağ müharibəsinin ilk mərhələlərində erməni qüvvələrə kömək edib!

 

Siyavuş Novruzov həmçinin deyib: Həqiqətpurla əməkdaşlıq edən bir qrup, o cümlədən Rəhim Qazıyev və OMON üzvləri dindirilmələrdə bildiriblər ki, Həqiqətpurla əməkdaşlıqdan imtina etdikləri üçün işgəncəyə məruz qalıblar. OMON üzvləri gizli şəkildə hərbi təlimlər adı altında İrana göndərilmişdilər və orada Prezident Aparatı, Parlament və Azərbaycan Radio-Televiziya Binasını işğal etmək üçün onlara döyüş taktikaları öyrədilirmiş!!

Siyavuş Novruzovun Mənsur Həqiqətpura qarşı bu ittihamları elə bir haldadır ki, Qarabağ və Azərbaycanın önəmli məsələləri, eləcə də Qarabağ xəyanətkarları barəsində bəzi ifşaçılıqları ilə bağlı Mənsur Həqiqətpurun Siyavuş Novruzovu mübahisələrə dəvət etməsi Azərbaycan Respublikasında ciddi nigaranlığa səbəb olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu