
Novruz bayramı və yaxud təbiətin oyanışı, yazın gəlişi, qışın sona çatması əslində bütün bəşəriyyət və insanların bayramıdır. Onun müraciəti bütün varlığa şamil olur. Çünki həyat yolunda dəyişiklik, qış qaranlığından xilas olmaq və səadət və işıqlığa çatmaq hər bir insanın borcu və tələbidir.
Novruz bayramı qədim keçmişə və geniş miqyasa malik bayramlardandır. Müxtəlif xalqlar, o cümlədən iranlılar, elə qədim dövrdən bu bayramı özünəməxsus adət-ənənələri ilə qeyd edirlər. Yazın gəlişi və təbiətin oyanışına təsadüf edən bu bayram özündə gözəl adət-ənənələri əks etdirir. Elə buna görə də müqəddəs islam dininin diqqət mərkəzində duran bayramlardan olmuşdur.
Qohum-əqrəbanı arayıb-axtarmaq, xəstələrə baş çəkmək, yoxsul və kasıblara əl tutmaq, Allah-taalanı ürəklə və dillə zikr etmək, Əhli-Beytə (ə) təvəssül etmək və s… adət-ənənələrdəndir ki, yeni ildə İran xalqı arasında həyata keçirilir.
Məfatih əl-Cinan kitabında bu gün üçün əməllər, əlbəttə müstəhəb əməllər qeyd olunub. Bu əməllərdən Novruz bayramının qılınmasıdır. Bu namaz “Fatihə”, “Qədr, “Kafirun”, “İxlas”, “Fələq” və “Nas” surələrini oxunulması ilə bir çox namazlara oxşayır. Eyni zamanda cümə günü və Qədir Xum bayramı gününün əməlləri də qeyd olunmuşdur.
İmam Sadiqin (ə) Muəlla Bin Xənisə təlim etdiyi Novruz bayramı əməlləri aşağıdakılardır: Novruz günü oldu qüsl et, pak paltar geyin və ən yaxşı ətirdən istifadə et, həmin günü oruc tut, günorta və əsr namazını və onun nafilələrini qıldıqdan sonra 4 rükət namaz qıl.
İlin təhvil olduğu zaman bu duanı çox oxusunlar:
یَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَالِ، حَوِّلْ حَالَنَا إِلَی أَحْسَنِ الْحَالِ
(Ya mühəvvilil-həvli vəl-əhval, həvvil haləna ila əhsənil-hal)
Ey hal-əhvalı dəyişdirən! Bizim əhvalımızı yaxşılığa dəyişdir.
یَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ یَا مُدَبِّرَ اللَّیْلِ وَ النَّهَارِ یَا مُحَوِّل الْحَوْلِ وَ الْأَحْوَالِ حَوِّلْ حَالَنَا إِلَی أَحْسَنِ الْحَالِ
(Ya müqəllibəl-qulubi vəl-əbsar, ya mudəbbirəl-ləyli vən-nəhar, ya muhəvvil-ləl-həvli vəl-əhval, həvvil-haləna ila əhsənil-hal)
Ey ürəkləri və baxışları dəyişdirən! Ey gecə-gündüzü dəyişdirən! Ey hal-əhvalı dəyişdirən! Bizim əhvalımızı yaxşılığa dəyişdir.