AsyaDünyaXƏBƏRLƏR

“Əhd elədiyimiz bir ziyarət səfəri”

Novruz Bayramı ərəfəsində, Cümə İcmasının rəhbəri Hacı İlqar İbrahimoğlu Yeni Musavat qəzetinin baş redaktoru Rəuf Arifoğlu ilə birlikdə müqəddəs Məşhəd şəhərində İmam Rza (ə)-ın olmuşdurlar.

Dəyərlər saytı ilə müsahibə edən Hacı İlqar İbrahimoğlu ziyarətin bəzi təərrüfatını açıqlayıb.
Facebook-da bu haqda qısa statuslar yazdığını bildirən Hacı İlqar İbrahimoğlu əlavə edib : “Qısaca onu deyə bilərəm ki, bu təqribən 10 il 5 ay öncə Rəuf Arifoğlu ilə hər ikimizin ekstremal şəraitdə olduğumuz zaman əhd elədiyimiz bir ziyarət səfəri idi.”
Hacı İlqar İbrahimoğlu əlavə edib : “Həmd olsun Allaha ki, onu ən yaxşı şəkildə həyata keçirmək imkanımız oldu.”
Cümə İcmasının sədri əlavə edib : “Ziyarətdən sonra Ümumdünya İslami Oyanış Assambleyasının Ali Şurasının 6-cı iclasının işinə qatıldım. Kifayət qədər maraqlı müzakirələrlə keçən toplantıda, son 3 il ərzində İslam dünyasında baş verən hadislərə yenidən bir nəzər salındı. İslam ümmətinin birinci dərəcəli məsələləri və formalaşmaqda olan yeni dünya düzənində İslam ümmətinin yetərincə önəmli fenomen olaraq, özünə layiq yer tutması üçun nə edilməlilər istiqamətində maraqlı çıxışlar səsləndi. Biz də öz növbəmizdə çıxışımız zamanı yanaşmalarımızı təqdim etdik. Toplantıya İslam dünyasının 50-yə yaxın önəmli simaları qatılmışdı.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu