AvropaDünyaXƏBƏRLƏR

Aşton Ukrayna parlamentinə hücumu tənqid atəşinə tutdu

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi sağçı ifratçı millətçilərin Ukrayna parlamentinə hücumu barəsində nigaranlıq edib.

İTAR-TASS İnformasiya Agentliyinin məlumatına görə, Katrin Aşton cümə günü bir bəyanatda bu hücumu Ukraynada demokratiya prinsipləri və qanunun aliliyinə zidd adlandırıb.
Aşton Ukraynadakı ifratçı millətçilər və digər qrupları zor və təhdiddən istifadə ilə əlaqədar istənilən hərəkətdən çəkinməyə çağırıb.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru həmçinin bütün qeyri-qanuni silahların Ukrayna dövlət rəsmilərinə təhvil verilməsini istəyib.
İfratçı millətçilər ötən cümə axşamı günü Ukrayna parlamentinin binasına hücum edərək daxili işlər nazirinin istefa verməsini istəyiblər.
Bu qrup ötən bazar ertəsi günü Ukraynanın qərbində yerləşən Rivne şəhərində polisin hücumu zamanı güllə atəşi nəticəsində həlak olan öz rəhbərlərindən biri Aleksandr Moziçkonun ölümünə etiraz edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu