İran İslam Respublikası prezidenti İranın ilk Rəsədxana və Kosmonavtika Mərkəzinin istifadəyə verilməsini kosmosa yaxınlaşmaq üçün atılmış mühüm bir addım adlandırıb.
Mahmud Əhmədinejad bu gün Delican şəhərində İranın ilk Rəsədxana və Kosmonavtika Mərkəzinin açılış mərasimində İranın kosmonavtika sahəsindəki nailiyyətlərinə işarə edərək, deyib: Bu mərkəzin istifadəyə verilməsi İranı kosmosdan tam formada faydalanmaq yolunda irəliyə doğru aparan növbəti addım idi.
M.Əhmədinejad dünya səviyyəsində təsirli bir ölkəyə çevrilmək üçün elmin sərhədlərini genişləndirmək lazım gəldiyini deyərək, vurğulayıb: Bu gün İranın milli potensialları hər gün daha artıq genişlənir və İran belə bir mərkəzə malik olan azsaylı ölkələr sırasında qərar tutub.
