İranın ilk ağır su reaktoru olaraq “Ərak İR 40” ağır su 40 meqavatlı reaktorunun quraşdırılmasına bazar günü İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə başlanıb.
İranın yerli istehsalı olan ilk “İR 40” ağır su reaktoru 150 obyektin təbii uran oksidi yanacağını işə salmaq qabiliyyətinə malikdir. Belə ki, ondan tibb elmlərində ehtiyac duyulan radio-dərman və radio-izotopların istehsalında istifadə olunur.
Tamamilə yerli şəkildə dizayn olunaraq istehsal edilən bu təhqiqat reaktoru zaman keçdikcə Tehran yüngül su təhqiqat reaktorunun yerini tutacaqdır.