
İran İslam Respublikası prezidenti Pakistan şiələrinin qırğın edilməsi münasibətilə başsağlığı verərək, məzhəbindən asılı olmayaraq bütün müsəlmanları birliyə və təfriqədən çəkinməyə dəvət edib.
Mahmud Əhmədinejad baş sağlığı müraciətində Pakistanda şiələrin beynəlxalq sionizm və imperializmin muzdlu qatilləri tərəfindən qırğın edilməsini yolverilməz və müsəlmanları narahat edən məsələ adlandırıb.
M.Əhmədinejad bu kimi rəftarların kökündə müsəlmanlar arasında təfriqə salmaq kimi çirkin bir niyyətin durduğuna işarə edərək, bu kimi insanların əxlaq, mənəviyyat və mərdlikdən uzaq insanlar olduğunu bildirib.
İran prezidenti sonda bütün beynəlxalq təşkilatlardan və Pakistan hökumətindən istəyib ki, bu kimi cinayətlərin təkrarlanmasına icazə verməsinlər və cinayətkarları lazımi şəkildə cəzalandırsınlar.
