Ərəbistan vətəndaşları Ali-Səud rejiminin repressiyalarına etiraz olaraq, aksiya keçiriblər.
hava şəraitinin münasib olmamasına baxmayaraq, Ərəbistan vətəndaşları, o cümlədən qadınlar və yeniyetmələr cümə günü ölkənin şərqində yerləşən Əl-Əvamiyyə şəhərində “Qanımız dəyərsiz deyil” şüarı ilə keçirilən aksiyada iştirak edərək, Ali-Səud rejiminin repressiyalarını pisləyiblər.
Aksiya iştirakçıları Ali-Səud rejiminə qarşı şüarlar verərək, aksiyaların keçirilməsini özlərinin qanuni haqqı adlandırıblar.
Ərəbistan 2 ildən çoxdur ki, Ali-Səud rejiminə qarşı xalq etirazlarının şahididir. Xüsusilə ölkənin şərq sakinləri ictimai ədalətsizliyə etiraz edərək, ölkədə siyasi islahatların aparılmasını istəyirlər.