İranXƏBƏRLƏR

Hucr İbn Üdəyə edilən hörmətsizliyə etirazlar davam edir

Təbriz və Məşhəd şəhərləri bu gün Suriyada vəhhabi terrorçular tərəfindən Nəhrəvan xəvaricləri ilə döyüşdə Əmir-əl-Möminin qoşununun komandanı olmuş Hucr İbn Üdəyin məqbərəsinə qarşı hörmətsizliyi pisləyən xalq etirazlarının şahidi olublar.

Məşhəd Dini Elmlər Hövzəsində dərslər Hucr İbn Üdəyin məqbərəsinə qarşı hörmətsizliyə etiraz olaraq, bu gün tətil olub.
Məlumata görə, Hucr ibn Ədinin məqbərəsinə qarşı hörmətsizliyin ardınca Məşhəd Dini Elmlər Hövzəsinin tələbə, müəllim və din alimləri bu gün saat 9-30-da Nəvvab Ali Dini Elmlər Mədrəsəsində aksiya keçiriblər.

Cümə axşamı günü terrorçular Həzrəti Əli(ə)-in səhabələrindən olmuş Hucr İbn Üdəyin məqbərəsini açaraq, onun cəsədini oğurlayıblar.

Hucr ibn Ədi 51-ci h.q. ilində oğlu və digər səhabələrlə yanaşı, Muaviyyə ibn Əbi-Sufyan tərəfindən şəhid edildi. O, İmam Əli(ə)-ın köməkçilərindən və xəvariclərə qarşı Nəhrəvan döyüşündə o həzrətin qoşununun komandanı olub.

Əl-Qaidədən asılı olan terrorçu Cibhətunnüsrə qrupu virtual saytlarda bir bəyanat yayaraq,Hucr İbn Üdəyin məqbərəsinə qarşı hücumun məsuliyyətini üzərinə götürüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu