Sepah-ın baş komandanının canişini vurğulayıb ki, iraqlı gənclərin Əşrəf kazarmasına qarşı son hücumu və münafiqlərin başçılarından bir neçəsinin öldürülməsinin regionun gələcək dəyişikliklərində geniş strateji əhəmiyyəti var.
Sərkərdə Hüseyn Səlami İranın ikinci telekanalında iraqlı gənclərin ötən həftə “Əşrəf” kazarmasına qarşı əməliyyatı və hücumu və münafiqlərin rəhbərlik şurasının əsas üzvləri və kadrlarından bir neçəsinin öldürülməsini şərh edib.
“İranın milli və regional təhlükəsiziyin təmini sahəsindəki strategiyası” barədə danışan Hüseyn Səlami deyib: Terrorçu qaragüruhlardan istifadə Amerikanın İslam Dünyasındakı müdaxilələri və amerikanların keçmiş reallıqlarda kökə malik olan strateji əməliyyat dövriyyəsi və strategiyasında bir dəyişiklik formasıdır.
Səlami əlavə edib: Amerika həmçinin terrorçu münafiqlər qaragüruhunun adını terrorçular siyahısından silməklə çalışdı bu güruha fəaliyyət imkanı yaratsın ki, onların strategiyaları istiqamətində islami İraq ölkəsində fəaliyyət göstərsin.
Ötən həftə baş vermiş və region dəyişikliklərində geniş strateji əhəmiyyətə malik olan hadisələrdən biri, iraqlı gənclərin Əşrəf düşərgəsinə hücumu və münafiqlərin rəhbərlik şurasının üzvləri və əsas kadrlarından bir qrupunun öldürülməsi oldu.
Sepah-ın baş komandanının canişini sonra deyib: Bu əməliyyat Amerikanın Suriyaya hücumu ehtimalına görə, medialarda geniş əks-səda doğurdu və görünüş fürsəti yaratdı. Bu əməliyyat miqyas baxımından bir çox keçmiş əməliyyatlardan daha geniş və onun münafiqlər qaragüruhunun həyatına təsiri “Mersad” əməliyyatından son dərəcə artıq idi.
Səlami vurğulayıb: İranda terror şəhidi olmuş 17 min nəfərin 16 min nəfəri münafiqlər tərəfindən şəhid edilibdir.
Səlami sonra söyləyib: Əşrəf-də öldürülənlərin hamısı 35 il bundan qabaqdan bəri İran və İraqdakı bütün cinayətlərdə birinci rola malik olubdur. Məhz onlar nüvə sahəsindəki bəzi sənədli infomasiyalar barədə casusluq edib, onları bəzi xəyali informasiyalarla qarışdıraraq, dünyaya təqdim etdilər ki, dünya xalqları bizə qarşı mövqe tutsunlar və məhz onlar bizim nüvə alimlərimizin terror olunmalarında rol oynayıblar və bu alimlərin informasiyalarını İsrailə ötürüblər.
O, qərblilərin bu əməliyyata olan reaksiyalarına işarə edərək, deyib: Münafiqlər Amerikanın Yaponiyadakı atom qırğınları qədər İran və İraqdan qurbanlar alıblar, lakin amerikanlar və qərblilər heç bir reaksiya verməyiblər.
Sepah-ın baş komandanının canişini deyib: İran 70 milyonluq xalq informasiya sisteminə malikdir və bizim kəşfiyyat strukturlarımız tamamilə electron formasındadır.