AsyaAvropaDünyaİranXƏBƏRLƏR

“AB-nin tutduğu mövqeyi təəssüfləndirici haldır”

İran xarici işlər nazirliyinin mətbuat katibi Avropa parlamentinin xarici komitəsinin İran barədə bir qətnamə layihəsinin mətnini ratifikasiyadan keçirməsini pisləyib.
Mərziyə Əfxəm Avropa Birliyinin İran barədə tutduğu bu mövqeyindən xüsusilə də güya İranda insan haqlarına riayət olunmaması haqda irəli sürdüyü iddialarından təəssüfləndiyini qeyd edərək deyib : İran və AB məsələlərin həlli müstəvisində düşündürücü və ilkin addımlar atmağa başladıqları bir halda , Avropa ittifaqının İranla bağlı tutduğu bu mövqeyi xüsusilə də ötən il İranda keçirilən prezident seçkilərinin beynəlxalq standartları təmin etməməsi barədə irəli sürdüyü iddiaları yolverilməzdir.
Əfxəm xatırladıb : İran islam dini prinsiplər çərçivəsində vətəndaşların hüququna riayət edir və insan haqlarının tapdalanmamasına önəm verir . Bu üzdən irəli sürülən yalan birtərəfli və insafsız iddialar təsirsiz olacaq.
Avropa parlamenti bazar ertəsi günü İran haqda bir qətnamə layihəsinin ilkin mətni ratifikasiyadan keçiribdir. Bu qətnamə həmin gün Avropa ittifaqının Strasburq şəhərində keçiriləcək parlament sessiyasında mübahisə edildikdən sonra səsə qoyulacaq .
Sözügedən qətnamənin ilkin mətni nüvə məsələsi , İranla AB-nin münasibətləri , insan haqları və regional məsələləri əhatə edir.
Qətnamənin giriş hissəsində qeyd olunub ki , ötən il İranda keçirilən prezident seçkiləri beynəlxalq demokratik standartları təmin etməyibdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu