Azərbaycan ordusunda silahlı insident; Polkovnik intihar edib
Azərbaycan Respublikasında əsgər ehtiyatsızlıqdan hərbi hissə komandirinin müavinini və əsgər yoldaşını güllələyib.
APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib. Güllə yarası alan əsgər İ. İsmayılov dünyasını dəyişib. R. Əliyev isə ağır vəziyyət xəstəxanaya yerləşdirilib.
Digər bir xəbərə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı intihar edib.
Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Balıyev yaşadığı evdə özünü asıb. hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb. İntiharın səbəbləri açıqlanmır.
Azərbaycan Respublikası 2014-cü ilin ilk rübündə 23 hərbçisini itirib. İtkilərdən yalnız 6-i döyüş itkisidir.