AzərbaycanXƏBƏRLƏR
24 itki qeyri-döyüş itkisi
Aprelin 22-də təhlükəsizlik və müdafiə sektorunun 2013-cü il itkilərinə dair yeni məlumat yayılıb.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bildirir ki, Silahlı Qüvvələr 29 nəfər itirib. 5 nəfər döyüşdə həlak olub, qalan 24 itki qeyri-döyüş itkisidir.
Məlumata görə, 2 nəfər qeyri-nizamnamə hərəkətlərinin qurbanı olub, 7 nəfər intihar edib. Dünyasını dəyişənlərin 24-ü Müdafiə Nazirliyində hərbi xidmət keçib.
İl ərzində 33 nəfər yaralanıb və ya xəsarət alıb. Bu halların 8-i qeyri-nizamnamə hərəkətlərinin nəticəsidir.
Azərbaycan Respublikasında əsgərlərin qeyri-döyüş şəraitində müəmmalı ölümləri müxtəli etirazlara səbəb olub. Əksər hallarda ölən əsgərlərin valideynləri onların intihar etiklərinə inanmırlar.