30-cu Beynəlxalq Quran-Kərim Müsabiqələri ilə yanaşı 4-cü Quran-Kərimin fəal qadınlarının mükafatlandırılması mərasimi Quran-Kərim üzrə müəllimlərin iştirakı ilə İslam Ölkələri Dövlət Başçıları adlı konfranslar zalında keçirilib.
Cahillik dövründə ərəb ictimaiyyətinə hakim mədəniyyət tamamilə azğın mədəniyyət idi. Xüsusilə də qadın elə bir tərzdə zəif və aşağı səviyyəli hesab olunurdu ki, ictimai həyatda ona heç bir dəyər verilmirdi. Sonra isə islam gəldi. Qadının əlini tutdu və onu ali və kişi ilə bərabər insan məqamına və insanlığın uca zirvəsinə qaldırdı. Ona həyatın bütün sahələrində dəyər verdi. Hazırda qadınlar bütün sahələrdə fəaliyyət göstərirlər. Ən əsası isə həyatın ilham mənbəyi Quran-Kərimdir.
Bu yarışların katibi deyib: Quran-Kərimin hifz olunması, münsiflər heyəti, təhqiqat, təlim, idarəçilik və Quran fəaliyyətlərinin genişləndirilməsi sahələrində, eləcə də Quran sahələrində əsərlər yaradan 15 seçilmiş qadını elan etdik.
Katibin sözlərinə görə, bu konfransın katibliyi Quranın müxtəlif sahələrində fəaliyyət göstərən qadınlarla davamlı şəkildə əlaqə quraraq onların öz Quran nailiyyətlərini bu katibliyə təqdim etməsini istəyir.
O həmçinin qeyd edib ki, bu il müxtəlif qurum və təşkilatlar tərəfindən təqdim olunan Quran sahələri üzrə 300 nəfərdən seçilmiş qadın münsiflər heyətindədir. Bu qadınlar arasında tələbələr, dini tələbələr, Quran təhqiqatçıları, həmçinin şəhidlərin ailələrinin üzvləri də nəzərə çarpır.
Mükafatlandırılan qadınlardan biri isə deyib: Mən Quranın hifzi və qiraəti üzrə bu yarışlarda iştirak etmişəm. Çox sevinirəm ki, yolumu Quran olaraq seçmişəm. Çünki bu yolda çoxlu örnək götürmüşəm.
Başqa bir qalib isə deyib: Mən Quran məkanlarının idarəçiliyi və qiraət üzrə qalib oldum. Məsləhətim bütün iranlı müsəlman qadınlara budur ki, həyatlarında Quranı örnək etsinlər. Həm övladlarının tərbiyəsi, həm həyatın idarə olunması, həm də öz şəxsi həyatları üçün Quran ən yaxşı mənbədir.