İranın mədəniyyət və islam irşad naziri bəyan edib : Bu gün İranda Quran-Kərimin kəraməti və izzəti islam dünyasında birincidir.
İRNA xəbər verir : İranın mədəniyyət və irşad naziri Əli Cənnəti , İranın şimal şərqində Neyşaburda Quran-Kərim müsabiqələrinin başlanış mərasimində etdiyi çıxışında vurğulayıb: İranda Quran-Kərimlə ünsiyyət hərəkatı dinamik olub , təkmilləşməyə üz qoyub.
Çıxışının digər bir hissəsində İranda yüzlərlə Quran qiraətçisi və Quran əzbərçisinin olmasından sevincini qeyd edən nazir əlavə olaraq deyib: Bu nailiyyətlər İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahəl-Üzma Xamenei cənablarının göstərişləri sayəsində əldə olunub , çünki o həzrətin Quran-Kərim mədəniyyətinin genişləndirilməsinə əlavə diqqəti olub və ölkədə Quranın qiraət , tilavət və tərtillə oxunmasının önəminə işarə edərək Quran əzbərçilərinin sayının 10 milyon nəfərə çatması üzərində təkid ediblər.
Nazir xatırladıb : Bu ilahi kəlamın şərh və yayılmasında tarix boyunca incəsənət xadimlər , tədqiqatçılar və kitab nəşriyyatçılarının səyləri böyük olub . Onlar bu yolla Quran mədəniyyəti və hünərinin İranda dinamikləşməsinə və genişləndirilməsinə kömək ediblər.