Müsəlman Alimlər Cəmiyyəti İslam və Ərəb ümmətindən istəyib ki, İsrail rejimi ilə əlaqələrin adiləşdirilməsi ardınca olan hər bir kəsi xəyanət ittihamı ilə ədalətin əlinə tapşırsınlar.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Müsəlman Alimlər Cəmiyyəti bir bəyanat yayaraq, bildirib ki, İsrail rejimi ilə əlaqələrin adiləşdirilməsi bu işğalçı rejimi tanımaq və Fələstin xalqının hüquqlarını görməməzliyə vurmaq mənasındadır.
Bu bəyanatda deyilir: Fələstin Özünüidarə Təşkilatı ilə sionist rejim arasındakı mənasız və nəticəsiz saziş müzakirələri ötən 20 ildə Fələstin xalqı üçün heç bir müsbət nəticə əldə edə bilməyib. Əksinə Fələstin xalqının mühasirəsinin daralmasına, İordan çayının qərb sahilində sionist qəsəbələrin salınmasına səbəb olub.
Müsəlman Alimlər Cəmiyyəti sonda bir daha İslam Ümmətini sionist re