İraqXƏBƏRLƏR

Ərəbistan, İordaniya, Rusiya və İraq orduları hazır vəziyyətə gətiriliblər

Amerikanın Suriyaya qarşı hərbi təhdidi ilə bir vaxtda Ərəbistan bu ölkə ordusuna tam hazır vəziyyətə gəlmək göstərişi verib.
Təsnim xəbər agentliyinin məlumatına görə, Amerikanın Suriyaya qarşı hərbi təhdidi ilə bir vaxtda Ərəbistan ordusu qüvvələrinin hazır vəziyyətə gəlmələri elə bir haldadır ki, Ərəbistan Rəsmi Dəməşqlə müxalif ölkələrdən və Suriyada yerləşmiş terrorçuların əsas himayəçisidir.
Digər tərəfdən, bir iordaniyalı məsul şəxs bildirib ki, İordaniyanın hərbi qüvvələri son həftələrdə ikinci dəfə olaraq, öz zirehli qüvvələrini iki sərhəd məntəqəsinə doğru hərəkət etdiribdir.
Ərəbistan və İordaniyadan əlavə, Rusiya da Suriyaya qarşı hərbi hədələrin artması ilə bir zamanda özünün hərbi qüvvələri və donanmasına, xüsusən Aralıq dənizi və Qırmızı dənizdə yerləşmiş qüvvələrinə hərbi hazırlıq vəziyyəti elan edibdir.
İraqın baş naziri- Nuri Maliki də bu ölkənin hərbi qüvvələrinə hazır vəziyyət göstərişi veribdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu