Azərbaycanda yaşayan iranlıların seçkilərdə iştirakı izdihamlıdır
Azərbaycan Respublikasında yaşayan iranlıların İranın Bakıdakı konsulluğuna təyin edilmiş seçki məntəqəsindəki iştirakı o qədər izdihamlıdır ki, səsvermədə iştirak etmək istəyən insanların sırası hətta konsulluq binasından çölə belə uzanır.
Bu gün səhər yerli vaxtla saat səkkizdən Azərbaycanda yaşayan iranlılar İranın Bakıdakı konsulluğuna təyin edilmiş seçki məntəqəsinə müraciət edərək, siyasi qəhrəmanlığın gerçəkləşməsində öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıblar.
Səsvermədə iştirak edənlərin bəzisi İRİB müxbiri ilə müsahibədə seçkilərdə iştirakı şəri vəzifə və bunu İran İslam Respublikası quruluşu əleyhinə yaramaz fikirlər səsləndirən düşmənlərin ağzına vurulan güclü şillə adlandırıblar.
Azərbaycan Respublikası telekanalları da bu gün səhərdən etibarən iranlıların seçkilərdə iştirakı ilə bağlı müxtəlif reportajlar yayımlayıblar.