SuriyaXƏBƏRLƏR

BMT: Suriyada toqquşmalarda 93 min nəfər ölüb

BMT-nin məlumatına görə, Suriyada xaricdən himayə olunan yaraqlılarla bu ölkə prezidenti Bəşşar Əsəd hökuməti arasında toqquşmalar başlandıqdan indiyə qədər ən azı 93 min nəfər həlak olub.

BMT insan haqları komissarı Navi Pillay bildirib: Ötən iyul ayından hər ay 5 mindən çox insan Suriyadakı qarşıdurmaların qurbanı olur.

Bu statistika 2011-ci il mart ayından 2013-cü il aprel ayına qədər statistikaya şamil olur. BMT-nin yüksək səviyyəli rəsmiləri bu statistikanın həqiqi saydan çox-çox yuxarı olduğunu bildirirlər.

Pillay əlavə edib: Qanuni yaşa çatmamış 6561 nəfər bu müharibədə dünyasını dəyişib. Onlardan 1729 nəfəri də 10 yaşdan aşağıdır.

BMT-nin yanvar ayında verilən statistikasında bildirilmişdi ki, təxminən 60 min nəfər bu toqquşmalarda həlak olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu