İranXƏBƏRLƏR

Tehranda dünyanın 41 ölkəsinin mediası iştirak edir

İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirliyinin Xarici Medialar Baş İdarəsinin rəhbəri öncəki dövrlərlə müqayisədə 11-ci dövr prezident seçkilərində xarici media nümayəndələri və jurnalistlərinin sayının 20% artdığını bildirib.

Məhəmməd Nasir Həqiqət : Hazırda dünyanın 41 ölkəsinə bağlı 205 medianın 455 jurnalisti 11-ci dövr prezident seçkiləri xəbərlərini əks etdirmək üçün Tehrandadır.

Nazirlik rəsmisi söyləyib: Aparılan həmahəngliyə əsasən xarici medialar bu gün səhərdən İmam Xomeyni (rə) adına hüseyniyyədə səyyar səsvermə məntəqələrində olaraq İslam İnqilabının Böyük Rəhbərinin 11-ci dövr prezident və 4-cü dövr bələdiyyə seçkilərindəki iştirakı ilə bağlı xəbərləri hazırlayıb və əks etdiriblər.

“Həmçinin müxtəlif xarici mediaların jurnalistləri Tehranın 22 səsvermə məntəqəsində iştirak edərək reportaj hazırlamaq icazəsinə malikdir və hazırda da azad şəkildə seçicilərdən müsahibə almaqla məşğuldurlar” –deyə Həqiqət əlavə edib.

Nazirlik rəsmisi sonda deyib: Bəzi xarici jurnalistlərə də digər şəhərlərdə səsvermə məntəqələrindən xəbər, reportaj hazırlamaq və çəkilişlər aparmaq icazəsi verilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu