FələstinXƏBƏRLƏR

“Fələstinli uşaqlar sionistlərin insan sipəridir”

BMT İnsan Haqları komitəsi Təl-Əvivi fələstinli uşaqları işgəncə etdiyinə xatir tənqid atəşinə tutub və bildirib ki, İsrail ordusu öz əməliyyatlarında uşaqlardan adətən insan sipəri kimi istifadə edir.

BMT Uşaqların Hüququ komitəsi bildirib: İordan çayının qərb sahilləri və Qəzzə zolağında adətən fələstinli uşaqlar doğum qeydiyyatından keçmək icazəsi verilmir və onlar səhiyyə, içməli su və təhsil kimi xidmətlərdən məhrumdurlar.

Bu komitə bir hesabatla bildirib: Fələstinli uşaqlar İsrail polisi və ordu qüvvələri tərəfindən həbs olunur, sistematik şəkildə təhqiramiz rəftara məruz qalır, adətən işgəncə olunur və onların başa düşmədiyi ivrit dilində dindirilir və azad olmaq üçün ivrit dilindəki etiraf məktubunu imzalamağa məcburdurlar.

BMT-nin bu komitəsi işğal olunmuş Fələstin əraziləri və Cövlan yüksəkliklərində uşaqların barəsində məlumat əldə etmək üçün israillilərin bu komitənin müraciətinə cavab verməkdən imtina etmələrindən təəssüfləndiyini bildirib.

Bu hesabatda insan sipəri və xəbərçi kimi fələstinli uşaqlardan istifadənin davam etməsi barəsində kəskin nigaranlıq bildirilib və əlavə olunub: İsrailli əsgərlər fələstinli uşaqlardan təhlükəli binalara girmək üçün istifadə edirlər və onları hərbi avtomobillərin qarşısında dayanaraq daşlara mane olmağa məcbur edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu