İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri İsrail rejimini müstəmləkəçi ölkələrin çoxməqsədli bazası adlandırıb.
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri- Ayətullah Əli Əkbər Haşimi-Rəfsəncani Tehranda Fələstin xalqı ilə ümumdünya həmrəylik günü münasibəti ilə keçirilən elmi-tədqiqat anlaşması iclasının iştirakçıları ilə görüşdə deyib ki, İsrail rejimi dünyanın ən həssas məntəqəsində müstəmləkəçi ölkələrin çoxməqsədli bazasıdır.
Ayətullah Rəfsəncani yəhudilərin müstəmləkəçilik tamahı uçün bir oyuncaq olduqlarına işarə edərək, əlavə edib: Dünya xalqları əgər saxta sionist rejimin təsisi üzrə oxumalı və ibrətamiz tarixi mütaliə etsələr, görəcəklər ki, qərb müstəmləkəçiləri öz fikirlərini yəhudilərin əlindən rahat etmək üçün bu fitnənin alovunu müsəlmanların nüfuz dairəsinə salıblar.
İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri müsəlmanların müxtəlif dinlərin davamçıları ilə həmkarlıqlarını müqəddəs İslam dininin göstərişlərindən adlandıraraq, söyləyib: Müsəlmanların heç bir dinin davamçıları ilə düşmənçilikləri yoxdur və bu, sionizm olubdur ki, Fələstin xalqına qarşı zülm və zorakılıq amilidir.
Ayətullah Rəfsəncani keçmiş Millətlər Cəmiyyəti və hazırkı Birləşmiş Millətlər Təşkilatını Fələstin xalqına zülmü qanuniləşdirmək üçün bir alət adlandırıb və Fələsin amalını müdafiənin haqlılığına işarə edərək, bildirib ki, Fələstin xalqı yer üzündə ən məzlum xalqdır.