BəhreynİranXƏBƏRLƏR

“Suriyaya istənilən müdaxilə ABŞ dostlarının zərərinə bitəcək”

İran dövlətinin Suriyaya köməyinin davam edəcəyini bəyan edən İran İslam Respublikası prezidenti deyib: Region ölkələri, xüsusilə də Suriyaya qarşı istənilən düşmənçilik hərəkətini kəskin şəkildə pisləyirik.

Höccətülislam Həsən Ruhani çərşənbə günü səhər Rəhbərlik Xobrəqan məclisinin 4-cü dövrünün 14-cü rəsmi iclasında regiondakı problemlərin əsas amilinin xarici müdaxilə və terrorizmi gücləndirməklə bağlı olduğuna şübhənin olmadığını bəyan edərək bildirib: Qənaətimizcə, Suriyada əsas problem xarici müdaxilələr və bu ölkədə terrorçulara meydan verməkdir. Halbuki meyar xalqın rəyi və tələbidir.

İran prezidenti xatırladıb: İran İslam Respublikası Suriya xalqı üçün bütün humanist səylərini yerinə yetirib və yetirəcək.

“Əlbəttə əgər Suriya xalqı üçün problemlər yaranarsa, İran İslam Respublikası Suriya xalqına ərzaq maddələri və dərman preparatı yardımı üçün öz dini və insanlıq borcunu yerinə yetirəcək” –deyə Ruhani əlavə edib.

İran prezidenti xatırladıb: İslam Respublikası bundan öncə bildirdiyi kimi, Suriyaya qarşı istənilən hərəkətin təkcə region deyil, ABŞ-ın dostlarının zərərinə də olacaqdır və bu qənaətdədir ki, bu hərəkət heç kimə heç bir xeyir verməyəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu