Misirin vəzifəsindən kənarlaşdırılmış prezidenti Məhmməd Mursi kabinetinin baş naziri də həbs edilib.
Heşam Qəndil ötən gün (çərşənbə axşamı 24 dekabr) Misirin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
İxvanül Müslimin qrupu Misir prezidenti Məhəmməd Mursinin vəzifəsindən kənarlaşdırılmasından sonra təhlükəsizlik qüvvələrinin davamlı hücumuna məruz qalıb. Təhülkəsizlik qüvvələrinin hücumları nəticəsində yüzlərlə nəfər həlak olub minlərlə insan isə yaralanıb.
Misirin sabiq baş naziri Heşam Qəndil bir halda həbs edilib ki, Misir hərbi hökuməti ötən gün (24 dekbar) ölkənin şimalında Nil dektasında yerləşən Əl-Mənsurə şəhərinin təhülkəsizlik idarəsinin yaxınlığında bomba quraşdırılmış bir avtomobilin partladılması hadisəsi ilə bağlı İxvanül Mülslimin Təşkilatını terrorçu bir təşkilat adlandırıb.
Misir hərbi hökuməti ölkə konstitusiyası üzrə keçiriləcək referenduma hazırlıq işləri apararaq, Misirdəki dincsizlik və əmin-amansızlıqların həyata keçirilməsini, hökumət müxaliflərinin referendumun həyata keçirilməsinin qarşısının alınması istiqamətində olduğunu deyir.
Ekspertlərin qənaətincə, Misirin sabiq baş naziri Heşam Qəndilin həbs edilməsində həmin istiqamətdə baş verdiyini və ölkədə cərəyan edən əmin-amansızlıqlarda İxvanül-müslimini ittihamlandırmaq məqsədini daşıdığını deyirlər.