
Bazar günü Dəməşq, Homs, Hələb, İdlib və Dəra şəhərlərində ordu qüvvələri qiyamçıların mövqelərinə hücum edərək, onlardan bir çoxunu məhv edib.
Suriya ordusu bu əməliyyatlar zamanı çoxlu sayda silah və hərbi sursat da ələ keçirib.
Bu arada bazar günü Yərmuk düşərgəsində fələstinli didərginlərlə silahlı qiyamçılar arasında toqquşma baş verib. Hələ ki, hadisənin ehtimal olunan tələfatı haqda məlumat yayılmayıb.