SuriyaXƏBƏRLƏR

YUNİSEF suriyalı didərgin uşaqlardan su-istifadə barədə xəbərdarlıq edib

BMT-nin uşaqlar fondu YUNİSEF suriyalı didərgin uşaqların müxtəlif su-istifadələrə məruz qalmaları barədə xəbərdarlıq edib.

YUNİSEF Suriya müharibəsinə görə öz yaşadıqları yerdən və ölkələrindən didərgin düşən uşaqların müxtəlif su-istifadələrə məruz qaldıqlarını bildirib.
Bu hesabatda deyilir: Suriyalı didərgin uşaqların təhsillərini davam etdirmələri üçün bir çox səylərin həyata keçirilməsinə baxmayaraq, onlar müxtəlif zorakılıqlara məruz qalır, vaxtından əvvəl evlənməyə və az yaşlarında işləməyə məcbur edilirlər.
Bu hesabatda görə, 2011-ci ilin martından bəri İordaniya, Livan və Türkiyəyə sığınmış 2 milyon 100 min suriyalı didərgin arasında 1 milyona yaxın uşaq var ki, onların çoxu ata və ya birinci dərəcəli qohum himayəsindən məhrumdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu