BMT-nin baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi İran İslam Respublikasının Suriya böhranı haqdakı Cenevrə-2 Beynəlxalq İclasındakı iştirakının zəruri və faydalı olduğunu bildirdi.
İRİB-nin verdiyi məlumata görə Birləşmiş Millətlər Təşkilatının baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Əxzər İbrahimi bu gün şənbə günü Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə təşkil etdiyi müştərək mətbuat konfransında deyib: İranın Beynəlxalq Cenevrə-2 İclasındakı iştirakı təbii, zəruri və faydalıdır və hamı İranın bu iclasda iştirak etməsini gözləyirlər.
Beynəlxalq Cenevrə-2 iclasında iştirak etmək üçün hələ heç bir ölkənin dəvət olunmadığını bildirən İbrahimi sonra deyib: Suriya xalqına yardım edə bilən ən yaxşı şəxslər, bu xalqın qonşuları və qardaşlarıdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu mətbuat konfransında deyib: əgər İran İslam Respublikası Cenevrə-2 Beynəlxalq iclasına dəvət olunsa, dialoq yolu ilə siyasi həll yolunun tapılması məqsədi və Suriya xalqına yardım əzmkarlığı ilə mütləq bu iclasda iştirak edəcək.
Zərif deyib: İranın Suriyaya yadım üzrə hədəfi, insani və islami baxışa habelə milli və regional mənafeyə əsasəndir, çünki İran İslam Respublikasının milli mənafeyi regionda ifratçılıq və firqəvi müharibələrin qarşısının alınması habelə dincliyin bərqərar edilməsi üçün səyin göstərilməsini tələb edir.
İranın xarici işlər naziri sonra deyib: Suriyadakı vəziyyət yalnız bir təhlükə və insani faciə deyil, regional və beynəlxalq nigaranlıqdır və hamı xüsusilə qonşu və region ölkələri müharibə alovunun söndürülməsi üçün yardım etməlidirlər.