BəhreynXƏBƏRLƏR

Bəhreyndə Hüseyn(ə) əzadarlarına hücum edilib

Ali Xəlifə rejiminə bağlı qüvvələr Məhərrəm ayının birinci günündə, İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümünün yaxınlaşması ilə şiələrin əzadarlıq mərasiminə hücum ediblər.

Bəhreyn hərbçiləri Məhərrəm ayı mərasimləri üçün nəzərdə tutulan xüsusi məkanlara hücum edərək, əzadarlıq əlaməti olaraq asılan plakatlar və üzəri yazılı parçaları sökərək, məhv ediblər. Bu isə Ali Xəlifə rejiminin Bəhreyn xalqının dini və etiqad azadlıqlarına hörmətsizliyinin nişanəsidir.

Bu ilk dəfə deyil ki, Ali Xəlifə rejiminə bağlı qüvvələr Məhərrəm ayı və Hüseyn Aşurasına özəl əlamət və nişanələri məhv edirlər. ötən illərdə də oxşar hadisələrin şahidi olmuşuq. Belə ki, ölkə səviyyəsində geniş formada repressiyaların tətbiq edilməsi ilə İmam Hüseyn(ə) üçün əzadarlıq mərasimlərinin keçirilməsinə maneələr törədilmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu