LivanSuriyaXƏBƏRLƏR

Suriya ordusu ilə terrorçuların toqquşmaları davam edir

Suriya ordusu ilə terrorçuların Rif-Dəməşq məntəqəsində toqquşmaları davam edir.

Livanın Əl-Minar kanalı məlumat verib: Suriya ordusu qüvvələri ilə iddia olunan” İraq və Şamın İslami hakimiyyəti” adı ilə tanınan qrupunun üzvləri arasında toqquşma baş verib.

Bu toqquşma Homsun Dəməşqə gedən yolunda baş verib. Qarşıdurma nəticəsində onlarla terrorçu həlak edilib və onların işğalında olan bəzi məntəqələr də geri alınmışdır.

Suriyanın televiziya kanalı məlumat verib: Bu ölkə ordusunun terrorizmlə mübarizədə əldə etdiyi qələbələr genişlənməkdədir və ordu qüvvələri Suriyanın şimal şərqində Həskə vilayətində əlavə bir neçə məntəqəni də terrorçulardan təmizləmişlər.

Suriyanın hərbi təyyarələri Hələb şəhərinin ətrafında Əl-Nüsrə qruplaşmasına hücum edərək 20 nəfəri o cümlədən bir neçə komandanı həlak etmişlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu