Argentina vətəndaşları ölkə paytaxtı Buenos Airesdə aksiya keçirərək ABŞ-ın Venesuelanın daxili işlələrinə müdaxiləsini pisləyiblər.
argentinalı etirazçılar ötən gün (bazar 28 mart) ABŞ-ın Buenos Aires-dəki səfirliyi önünə toplaşaraq, bu ölkənin Venesuelaya qarşı çevriliş cəhdlərini pisləyiblər.
Etirazçılar həmçinin ABŞ-ın Venesuela daxili işlərinə müdaxiləsinə son verilməsini tələb ediblər.
Venesuela 2014-cü ilə mart ayının ortalarından bəri hökumət ilə müxalifət qüvvələri arasında qarşıdurmalar meydanına çevrilib. Baş verən qarşıdurmalar nəticəsində ən azı 34 nəfər həlak , yüzlərlə nəfər isə yaralanıbdıır.
Venesuela prezidenti Nikolas Madoro bildirib ki, ölkədə baş verən daxili qarşıdurmalar nəticəsində ölkəyə 10 milyard dollar zərər-ziyan vurulub.
Rəsmi Venesuela bildirib ki, müxalifət ABŞ-ın dəstəyi ilə ölkədə hərbi çevriliş həyata keçirməyə can atır.
Neçə vaxt bundan öncə, Venesuela 3 ABŞ diplomatını Karakastın daxili işlərinə müdaxilə etməkdə ittihamlandıraraq, Venesuelanda qovdu.
