Bəhreyndə bir məhkəmə Ali Xəlifə rejimi müxaliflərinin 7 nəfərini 15 il həbsə məhkum edib.
Ötən gün (bazar 7 aprel) Bəhreyndə bir məhkəmə Ali Xəlifə rejimi siyasətlərinə etiraz edən 7 bəhreynlini bu rejimin təhlükəsizlik qüvvələrinin birini yaralamaqda ittihamlandırıb.
Məhkəmədə bəhreynli etirazçılar, anti-hökumət etirazlarını özlərinin haqlı hüquqları hesab edərək bildiriblər ki, etirazçılar təhlükəsizlik qüvvələrinin kobuluqları qarşısında özlərini müdafiə etmək məcburiyyətində qalıblar.
Bu toqquşma 2012-ci il dekabr ayı paytaxt Manamanın ətrafında yerləşən bir kənddə baş verib və bir təhlükəsizlik nəfəri yaralanmışdı.
Bu isə bir halda baş verir ki, son aylar ərzində onlarla bəhreynli puç ittihamlar əsasında həbs edilərək məhkəməyə veriliblər, bu isə polis qüvvələrinə Bəhreyn vətəndaşlarına qarşı qırğın və kobud rəftarlar etməkdə bəraət qazandırmaq deməkdir.
Bəhreyndə baş verən xalq qiyamı 2011-ci il fevral ayından etibarən başlayıb və həmin müddətdə Ali Xəlifə hərbçiləri xalqın dincyanaşı aksiyalarını repressiya etdiyi nəticəsində 150 nəfər həlak olub və yüzlərlə insan həbsə alınmışlar.