İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın birinci telekanalından üçüncü dəfəf olaraq İran xaqlı ilə birbaşa və canlı çıxışında, başçılıq etdiyi hökumət fəaliyyətləri, proqramları və qarşıdakı siyasətlərini açıalayıb.
İran İslam Respublikası prezidenti xarici siyasətə gəlincə, hökumətin xarici siyasət arenasında uzun addımlar götürdüyünü vurğulayaraq deyib ki, bu sahədə atılan addımlarımız möhkəm və prinsipial atılmalıdır.
İran prezidenti İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələri haqda deyib: Yekun anlaşmanın əldə edilməsi üçün konstruktiv addımlar atılıbdır və irəliləyən prosess sanksiyalara yekun vurulmaqla nəticələnəcək və biz addım-addım planlaşdırılmış qrafika əsasında addımlayırıq.
Ruhani İran xalqına qarşı tətbiq edilən sanksiyaların zalımcasına olduğunu deyərək təkidlə bildirib: Biz İran xalqının hüquqlarından vaz keçməyəcəyik lakin bu yoldan necə faydalanmağımız quruluşun qərarına bağlıdır amma heçvaxt milli mənafeyin supergüclərin, düşmənləri və əcnəbilərin ayaqlarının altına düşməsinə icazə verməyəcəyik.
İran prezidenti -siz 5+1 qrupu ilə aparılan müzakirələrə nikbinsiniz yaxud bədbin- sualının cavaında deyib: Xarici siyasət arenasında reall yanaşmaq lazımdır. Dünya və məsələ ilə tanış olduğumu nəzərə alaraq, aparılan müzakirələrə bədbin yanaşmıram lakin bu o demək deyil ki, 6 ay ərzində anlaşma əldə edək, bu qarşı tərəfin qarşılıqlı əlaqələrdə düzgün rəftar etmək üçün hazırlığından asılıdır.