Amerika senatı bu ölkə dənizçilər korpusunun təqaüdə çıxmış palkovniki Robert Workun ölkənin müdafiə naziri Çak Heqelin müavini vəzifəsinə təyin edilməsini təsdiqləyib.
Şin Xovanın məlumatına görə Robert Work gələn dekabr ayında vəzifəsindən kənara çəkiləcək, “Əş Katrin” onun vəzifəsini tutacaq.
Çak Heqel bir bəyanatda Worku tərifləyib və bildirib: Təcrübəli və mütəxəssis bir adam olan Work ölkənin müdafiə nazirliyinə böyük kömək edə bilər.
Work 2013-cü ilin mart ayında dəniz qüvvələri müavini postundan kənara çəkiləndən sonra Vaşinqtonda ABŞ-ın yeni təhlükəsizlik mərkəzinin rəyasətini üzərinə alıb və Corc Vaşinqton dövlət universitetində bir köməkçi müəllim kimi çalışır. Müdafiə və hərbi zəminində nəzər sahibi olan Work silahlı qüvvələrin missiyalarında məşvərətçi qismində iştirak edir.
