İsrail rejiminin bir saytı sionist rejim xəstəxanalarında Suriya toqquşmalarda yaralanan 700 terrorçunun müalicə olunduğunu bildirib.
Bir İsrail rejimi hərbi məsul şəxsi bildirib ki, 2011-ci ildə Suriyada toqquşmalar başlandıqdan indiyə qədər 700 terrorçu İsraildə müalicə olunub.
Bu sionist əlavə edib: Bir ildən çoxdur ki, İsrail Cövlan yüksəkliklərində yaşayan suriyalı vətəndaşlar qarşısında yumşaqlıq nümayiş etdirir və Suriya toqquşmalarında yaralananları müalicə edir.
İsrail rejimi ordusu müştərək qərargahının rəhbəri Beni Qantesin qərarı ilə Cövlanda da səyyar xəstəxana yaradılıb ki, bu xəstəxanada yaralılara ilkin və təcili yardımlar göstərilsin və müalicə olduqdan sonra Suriyaya terrorçuluq hərəkətləri üçün qayıtsınlar.