İranın Atom Enerjisi Təşkilatının sədri İran İslam Respublikasının reaktor yanacağı istehsalında özünü təmin həddinə çatdığını bildirib.
Mehr İnformasiya Agentliyinin verdiyi məlumata görə Firidun Abbası İranın cənubunda yerləşən Şiraz şəhərində verdiyi açıqlamada deyib: “ İran reaktor üçün nüvə yanacağı istehsalı sahəsində özünü təmin həddinə çatıb. Reaktorun bütün təchizatları o sıradan, qütb krantları, nəzarət palatası və sairə İranda mövcuddur və bu sahədə başqa ölkələrə heç bir ehtiyacımız yoxdur”.
Abbası Fars ostanı reaktorunun inşası və istifadəyə verilməsi istiqamətində gedən səylərə toxunaraq, deyib: “ Bu reaktor layihələşdirilməkdədir. Reaktor 10 meqavatlıq gücə malik olaraq yüngül su hovuzu növündən olan kompleksin yanacağını təmin edəcək. İranın Atom Enerjisi Təşkilatının sədrinin sözlərinə görə radio dərmanlar istehsal etmək qabiliyyətinə malik olacaq bu reaktordan nüvə yanacağı sənayesində istifadə olunacaq”.
