DünyaİranXƏBƏRLƏR

2012-ci ildə İrandan 11 milyon ton yük tranzit edilib

Ötən il İrandan 11 milyon ton yük tranzit edilib.

İranın Yol və Nəqliyyat Təşkilatının sədri Şəhriyar Əfəndizadə ötən il İran ərazisindən 11 milyon ton yükün tranzit edilməsinə işarə edərək, deyib: İrandan yüklərin daşınması potensialı 50 milyon tona qədər artırıla bilər.

Əfəndizadə əlavə edib: İranın dəmiryol şəbəkəsi Türkiyə, Pakistan, Türkmənistan, Mərkəzi Asiya, Azərbaycan Respublikası və Rusiyaya doğru genişlənməkdədir ki, bu da tranzit sahəsinin çiçəklənməsinə kömək edir.

Əfəndizadə həmçinin, İranda 26 sərhəd gömrük məntəqəsinin fəaliyyət göstərməsinə işarə edərək, İranda yüklərin daşınmasının 92%-nin quru, qalan hissəsinin isə dəniz yolları vasitəsilə həyata keçirildiyini bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu