Azərbaycan barədə qısa xəbərlər
Bakının Nobel prospektinin yaxınlığında vətəndaşların evlərinin söküntüsü davam edir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılan söküntünün səbəbi bulvar ərazisinin genişləndirilməsidir. Vətəndaşların etirazlarına baxmayaraq davam edən söküntü işlər gərginliyə səbəb olub.
***
Bir qrup əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirbilər. Etiraz edənlər Nazirliyin Aparat rəhbəri Elnur Kələntərli ilə görüşdülər. Şikayətçilər nazirliyə bağlı “Milenium” turizm şirkətinin müalicə üçün xaricə gedən əlilərə qarşı yaratdığı problemlər barədə məlumat verdilər.
***
Kəlbəcər Rayon Təhsil Şöbəsinin əməkdaşları qurumda baş verən korrupsiya faktlarını açıqlayıblar.
Təhsil işçiləri əvvəlcə bir neçə il əvvəl Maliyyə Nazirliyinin yoxlamarı nəticəsində külli miqdarda maliyyə maxinasiyalarına yol verdiyinə görə, vəzifəsindən azad olunan şöbə müdiri Məhəmməd Bağırovun 4 il sonra məhkəmə qərarı ilə yenidən işinə bərpa olunduğunu xatırladırlar. Bu belə bir haldadır ki. Kəlbəcər rayon Təhsil Şöbəsində aparılan yoxlamalar zamanı 32 nəfər tanışını müəllimlik üçün saxta diplomla işə götürüldüyü məlum olub.
***
Qan üstə qurulan rejimin 65 illiyi Bakıda qeyd olunub. Apa-nın məlumatına görə, Bakıda işğalçı, qondarma İsrail rejiminin qurulmasının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edən İsrail rejiminin Azərbaycandakı nümayəndəsi Rafael Harpaz rejimin qısa müddətdə əldə etdiyi dırnaq arası uğurlar barədə danışıb!! Qeyd edək ki, İsrail rejimi 1948-ci ildə Fələstinin işğalı hesabına qurulub. Məhz qondarma “DQR” rejimi qurulduğu kimi.
***
El hərəkatı bildirib Azərbaycan Respublikasında kütləvi aksiyalara qoşulacaq. “El”in təşəbbüs qrupunun üzvü Eldəniz Quliyev El üzvləri və tərəfdaşlarının da etiraz aksiyalara qoşulacağını istisna etməyib.
“Biz bu gün Milli Şuranın yaradılması ilə bağlı fəaliyyət göstəririk. Aparıcı partiyalarla razılıqlar əldə etmişik. Qərar olarsa, əlbəttə qanuna uyğun olaraq hər hansı kütləvi tədbirdə iştirak edə bilərik”- deyə “El” rəsmisi açıqlama verib.
***
Azərbaycan Respublikası iqtidari Peyğəmbərlərin varislərini incitməklə məşğuldur!
Bunu tanınmış mübariz ruhani Hacı Faiq Vəlizadə haqqyolu saytında dərc etdiyi məqaləsində vurğulayıb. Məqalədə yazılıb : “Vətənin, İslamın, xalqın qeyrət-namusunu çəkən, zindanlara düşən alim və möminlərə təqdim olunur! Ölkəmizdəki son iki üç ildə iqtidarın haqqı deyib, insaları paklığa və mənəviyyata dəvət edən mübariz din xadimlərinə və sadə inanclılara, İslama və islamçılara qarşı məkrli planlarına xüsusilə, son hadisələrə diqqət edək.”