İraqın ordu qüvvələri bu ölkənin şimalında yerləşən Kərkük şəhərinin yaxınlığında onlarla nəfərin həlak olması ilə nəticələnən çaxnaşmaların başlanmasından sonra həmin ölkənin qərbində yerləşən Əl-Rəmadi şəhərində etirazçılarla toqquşublar.
İraq polisi bildirib ki, yaraqlı etirazçılar dünən altı əsgəri öldürüb, bir əsgəri də Əl-Rəmadi yaxınlığında tutublar. Etirazçılar habelə iki zirehli avtomobili yandırıblar.
İraqın təhsil naziri Məhəmməd Əli Təmim bu toqquşmalardan sonra öz vəzifəsindən istefa verib.
Təmim İraqda anti-dövlət etirazlarının başlanmasından bəri bu ölkənin öz vəzifəsindən istefa verən üçüncü naziridir.
İraq 2012-ci il dekabrın 23-dən və Rafi Əl-İsavinin cangüdənlərinin terror fəaliyyətləri ittihamı ilə həbs olunmasından sonra anti-dövlət etirazları səhnəsi olubdur. Həmçinin dünən səhər İraq ordusu Hoveyce şəhərində yaraqlı piketçilərlə toqquşub. Bu toqquşma 200-ə yaxın aksiyaçının həlak olması və yaralanması ilə nəticələnib. Hadisədə habelə 27 hərbi qüvvə də ölüb və yaralanıbdır.
