AvropaXƏBƏRLƏR

Şərqi Avropa ölkələri Anti-Suriya qətnaməyə qarşı çıxdılar

BMT-dəki diplomatik mənbələr Şərqi Avropa ölkələri, Rusiya, Çin, Cənubi Afrika, Hindistan, eləcə də Latın Amerikası ölkələrinin Suriyaya qarşı yönəlmiş qətnamənin ilkin mətninin müxalifləri sırasına qoşulublar.

Həmin qətnamə əslində Suriyanın BMT-dəki yerinin Bəşşar Əsəd hökumətinin müxalifətinə verilməsini təmin edir.

Diplomatik qaynaqların bildirdiklərinə görə, Latın Amerikası ölkələri olan Braziliya, Argentina, Uruqvay, Çili, Meksika və Peru, eləcə də Hindistan və Cənubi Afrika Ərəb Liqasının etdiyi təşəbbüsün oxşarı olan anti-Suriya qətnaməsinin ilkin yazısına qarşı çıxaraq bildiriblər ki, Suriyanın silahlı müxalifəti tərəfindən törədilən hərbi cinayətlər və insan haqlarının pozulması halları pislənilməlidir.

Onlar həmçinin təkidlə bildiriblər ki, hazırkı mətn xüsusən də Suriya müxalifətini rəsmən tanıdığına görə BMT-nin üzvlərinin kəskin müxalifəti ilə üzləşəcək və ölkələr bu kimi Beynəlxalq normalara uyğun gəlməyən hərəkətlə razılaşmayacaqlar.

Digər tərəfdən rəsmi Dəməşqin BMT TŞ-dəki iki əsas müttəfiqi olan Rusiya və Çindən əlavə Əlcəzair və İraq nümayəndələri də qətnamənin ilkin mətnini tənqid edib və onun sadələşdirilməsini istəyiblər.

Ötən ay Qətər ölkəsinin Suriyanın Ərəb liqasındakı yerini Bəşşar Əsəd hökumətinin müxaliflərinin ixtiyarına verməsindən sonra BMT-də də bu ssenarinin təkrarlanması barədə təbliğatlar və diplomatik səylərə başlanılıb.
O vaxtdan sonra Qatar dövləti İngiltərə, Fransa və ABŞ ilə koordinasiya edərək BMT-nin Baş Assambleyasında səsə qoyulmaq üçün bir qətnamənin ilkin yazısını hazırlamaqdadır. Bunda məqsəd Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Cəfərinin yerini Qərbin Suriya müxalifətindəki müttəfiqlərinə verməkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu