Quantanamo məhbuslarından biri bu zindanda Qurani-Məcidə hörmətsizlikdən xəbər verib.
Quantanamo zindanında saxlanılan Übeydulla adlı əfqan, vəkilləri vasitəsilə verdiyi bəyanatda bildirib ki, Quantanamo zindanının gözətçiləri onun ləyaqətinə və müsəlmanların müqəddəs kitabı olan Qurani-Məcidə hörmətsizlik ediblər.
Übeydulla 4 səhifəlik bəyanatında bütün çətinliklərə baxmayaraq, özü və digər əsirlərin aclıq aksiyasını davam etdirəcəklərini bildirib.
Übeydulla həyatının 11 ilini Quantanamo zindanında keçirdiyini bildirərək, davamlı olaraq zindan gözətçiləri tərəfindən təhqirlər və xoşagəlməz rəftarların şahidi olduğunu xatırladır və deyir: Zindan gözətçiləri namaz və dua zamanı qapılara zərbə vurmaq, gülmək və ya ucadan danışmaqla onların ibadətinə mane olmağa çalışırlar.
Quantanamo məhbusları 2013-cü il 6 fevral tarixindən hüquqlarının pozulmasına etiraz olaraq, aclıq aksiyasına başlayıblar.
Məhbusların vəkilləri və hüquq müdafiəçiləri Quantanamo zindanında saxlanılan 166 məhbusun hamısının aclıq aksiyasına başladığını bildirirlər.
Qırmızı Xaç Komitəsi də məhbusların vəziyyəti ilə bağlı nigaranlıq edib.
